Haqqında
Samir Rüstəmov kompüter elmləri üzrə doktorantura təhsilini Kibernetika İnstitutunda, post-doktorantura təhsilini isə ABŞ-ın Corciya Texnologiyaları İnstitutunda almışdır.
Hal-hazırda ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin professorudur. Bununla yanaşı süni intellekt həlləri təqdim edən NeuroTime şirkətinin həmtəsisçisidir.
Əsas elmi fəaliyyəti nitq və mətn şəklində olan məlumatların kompüter tərəfindən başa düşülməsi üçün alqoritmlər hazırlamaqdır. Bir çox dövlət və özəl müəssisələr üçün nitqin tanınması, sintezi, sentiment analizini aparan, həmçinin istifadəçi suallarını avtomatik cavablandıran süni intellekt əsaslı sistemlər qurmuşdur.