ANLAT Azərbaycan dilində səsli virtual köməkçi

ANLAT – GPT nüvəli süni intellekt məhsuludur. ANLAT proqramı vasitəsilə siz istənilən sualı Azərbaycan dilində həm səsli həm də yazılı formada ondan soruşa bilərsiniz. Proqram da sizə internet məlumatları əsasında həm yazılı həm də səsli formada Azərbaycan dilində cavab verəcəkdir.

Məhsulu yoxla

“MİRZƏ” – Azərbaycan dili üçün orfoqrafik redaktə sistemi

“Mirzə”Azərbaycan dilində olan mətnlərin orfoqrafik səhvlərini düzəltmək üçün yaradılmış onlayn proqram təminatıdır. O, mətni skan etdikdən sonra hər ifadəni düzgün yazılmış sözlərin məlum siyahısı (lüğət) ilə müqayisə edir. Bir neçə düzəliş mümkün olduqda istifadəçiyə onlardan birini seçmək, və ya öz variantını yazmaq təklif olunur.

Məhsulu yoxla

Ubot - Bank üçün intellektual çat-bot

Ubot Azərbaycan dilində müştərilərlə ünsiyyət qura bilən süni intellekt modelidir. Bu prorqam Banka müraciət edən müştərilərin suallarını avtomatik cavablandırır və bununla da onların, həmçininin bankın əməkdaşlarının vaxtına qənaət edir. Bu məhsul Unibank şirkəti üçün yaradılmışdır.

Məhsula bax

MediaEye - TV və radioların monitorinq sistemi

MediaEye – radio və televiziyanın onlayn monitorinqini aparan süni intellekt məhsuludur. Bu proqram avtomatik olaraq TV və radiolarda gedən reklamların yerini, vaxtını, məzmununu təyin edir və onları təhlil edərək istifadıçiyə məruzə edir.

Məhsula bax

NitqYaz - Azərbaycan dili üçün nitqi tanıma sistemi

NitqYazAzərbaycan nitqini tanıma sistemidir. Bu proqram vasitəsilə Azərbaycan dilində ifadə olunmum nitq avtomatik olaraq mətnə çevrilir. Nitqi tanıma sistemi dərin neyron şəbəkə üsulları ilə qurulmuşdur.

Məhsulu yoxla

Seslendir - Azərbaycan dilində nitqin sintezi sistemi

SeslendirAzərbaycan dilində nitqin sintezi sistemidir. Bu proqram Azərbaycan dilində yazılmış mətni avtomatik olaraq təbii dildə səsləndirir. Nitqin sintezi sistemi dərin neyron şəbəkə üsulları ilə qurulmuşdur.

Məhsulu yoxla

Azərbaycan dilində mətnlər arasında semantik oxşarlığı təyin edən sistem

Bu sistem Azərbaycan dilində yazılmış mətnlər arasında oxşarlığı təyin edir. Belə ki, iki mətn həm ənənəvi üsullarla həm də neyron şəbəkə modeli ilə müqayisə edilir.

Məhsulu yoxla

Dilçi - Azərbaycan dilinin intellektual analizini

Dilçi – Azərbaycan dilində mətnlərin lemmalaşdırılması, sözlərin avtomatik generasiyası, həmçinin morfoloji analizini aparan kompüter sistemidir.

Məhsulu yoxla

Uçuş simulyatorunda nitqin tanınması sistemi

Bu məhsul Milli Aviasiya Akademiyasının “Universal Virtual Simulator” layihəsi çərçivəsində yerinə yetirilmişdir. Virtual simulyatorda komandaların nitq vasitəsilə verilməsi və onun tanınması məsələsi həll edilmişdir. 

Bu layihədəki ideya və alqoritmlər üçün beynəlxalq patent alınmışdır.

PATENT NO: US-2020-0143699-A1.

MyMedia - onlayn xəbərlərin təsnifatı sistemi

Bu proqram populyar internet saytlarından Azərbaycan xəbərlərini avtomatik toplayır və yığılmış məzmunu bir mənbədə cəmləşdirir ki, bu da istifadəçilərə qısa müddətdə müvafiq xəbərlərdən xəbərdar olmağa imkan verir.

Nitqin tanınması üçün verilənlərin toplanması və analizi sistemi

Bu proqram BMTİP və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Çağrı mərkəzləri üçün nitqi tanıma sistemi

Bu məhsul çağrı mərkəzlərinə edilən zənglərin avtomatik transkriptinin çıxarır, yəni onları mətnə çevirir. Audio zənglərin transkriptinin çıxarılması onların sonradan analiz edilməsi üçün ən zəruri addımdır. Bu proqram ATL-Tech şirkəti üçün hazırlanmışdır.